14 noyabr 2016 11:55
Zaur Svanadze: Buna inanmıram
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan yığmasının son təlim-məşq toplanışı zamanı onların futbolçularına "Neftçi"yə keçməyin təklif olunmasına dair yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu barədə heç nə deyə bilmərəm. Amma yoxlayacağam. Düz və ya səhv, belə bir xəbər varsa, dəqiqləşdirmək lazımdır. Tezliklə məşqimiz olacaq, futbolçuların özləri ilə maraqlanacağam. Onların belə bir şeyi məndən gizlədəcəyini düşünmürəm. Amma belə təbii ki, buna inanmıram. Çünki bu futbolçuların bizimlə müqaviləsi var. Siz bunu təsəvvür edə bilirsiz?"
