14 noyabr 2016 11:20
Azərbaycan DÇ-2018-in Top-24-ündə
DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində 4-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yer aldığı C qrupunda 4 turdan sonra 7 xalla üçüncü sırada qərarlaşıb.
Bu göstərici ilə Robert Prosineçkinin çalışdırdığı yığmamız Avropanın ən yaxşı 24 komandası arasındadır.
4 oyundan maksimum (12) xal toplayan komandalar İsveçrə, Almaniya və Belçikadır.
Fransa, İrlandiya, Polşa, İngiltərə, İtaliya, İspaniya, Yunnaıstan və Xorvatiya 10 xal toplayıb.
Portuqaliya və İsrail 9, Serbiya, Sloveniya və Ukrayna 8 xal toplayıb.
Azərbaycan isə Hollandiya, İsveç, Macarıstan, Şimali İrlandiya, Çernoqoriya, Bosniya və Herseqovina, İslandiya ilə birgə 7 xal toplayanlar sırasındadır.
