14 noyabr 2016 02:00
Şehiçin komandası qələbəni əldən verdi
Futbol üzrə Bosoniya və Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin komandası səfərdə Yunanıstanla üz-üzə gəlib.
Şehiçin sonadək ehtiyatda qaldığı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqlar qələbəni 90+5-ci dəqiqədə əldən veriblər.
Qeyd edək ki, Şehiçin komandası hazırda 7 xalla yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb.
