14 noyabr 2016 00:40
Erat hesabı açdı, komandası 6 qol vurdu
Almaniyada Niderhayn Regional Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub "TuRU Düsseldorf"la qarşılaşıb. Oyun "Duysburq"un 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start heyətdə başlayan və 90 dəqiqə meydanda olan Erat qarşılaşmada ilk qolu vuran futbolçu olub. O, ikinci qolda da məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə Eratın komandasını yarımfinala çıxarıb.
