13 noyabr 2016 20:00

Qəbələdə 10 qolluq oyun

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb.

Hər iki komanda görüşü yığmaların heyətinə cəlb olunan futbolçular olmadan keçirib. Əsas komanda Qəbələ şəhər stadionundakı matça aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Voyislav Stankoviç, Vitali Vernidub, Elvin Camalov, Rəşad Sadiqov, Cavid Hüseynov, Rəşad Eyyubov, Filip Ozobiç, Baqali Dabo. Qriqorçuk matçın gedişində  David Petrkeviç, Sadiq Quliyev, Rafael Santos, Teo Uiks, Rövlan Muradov, Fərid Nəbiyev, Asif Məmmədov, Tellur Mütəllimov, Murad Musayev və Petar Franyiçə də şans verib.

Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb. İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Hasanovla cavab verib – 8:2.

Bu oyundan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək.

Xatırladaq ki, “Qəbələ” növbəti matçını noyabrın 19-da keçirəcək. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının 12-ci turunda “Zirə”ni qəbul edəcək. Bir gün öncə isə klubların əvəzedici heyətləri qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.