13 noyabr 2016 19:00
Sumqayıt İnterə qalib gəldi
Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter”lə "Sumqayıt" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "İnter Arena"da baş tutan qarşılaşma 2:1 hesabıyla qonaq komandanın xeyrinə başa çatıb.
