13 noyabr 2016 16:00
Vəli Qasımov: Əvəzedici heyətə göndərilənlər arasında yaxşı legionerlər var
"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımov bu komandanın bir neçə legioner futbolçusunun əvəzedici heyətə göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu barədə danışmaq mənim işim deyil. Çünki artıq orada deyiləm. Bu barədə qərarı indiki baş məşqçi verib, yəni bu, birbaşa onun öz işidir. Ola bilsin ki, indiki məqamda yeganə düzgün qərar məhz legionerləri əvəzedici heyətə göndərmək imiş. Amma onların arasında yaxşı futbolçular da var".
