13 noyabr 2016 14:00
Eddi oynadı, komandası xal itirdi
Futbol üzrə İspaniya ikinci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Levante" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
İsrafilov bu görüşün 80-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Kadis" 14 turdan sonra 18 xalla 22 klub arasında 11-ci pillədə qərarlaşıb.
