13 noyabr 2016 13:30
Vurğun Hüseynov: Millimiz bu darmadağını unutmalıdır
Azərbaycan yığmasının sabiq müdafiəçisi Vurğun Hüseynov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Şimali İrlandiya Almaniyadan sonra qrupumuzun ikinci ən güclü komandasıdır. Onlar öz şanslarından maksimum yararlanıb, qalib gəldilər. Futbolçularımız üçün meydan sahiblərinə qarşı "ikinci mərtəbə"də oynamaq çox çətin idi. Rəqibin heyətində demək olar ki, bütün futbolçular ucaboy idi. Bu oyunu unutmalı və növbəti matçlara hazırlaşmalıyıq".
