13 noyabr 2016 13:00
Milli Belfastdan 8 televizorla qayıtdı
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya səfər oyunundan (0:4) sonra Bakıya 8 televizorla qayıdıb. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə "Sky sports" çıxış edib.
Həmin televizorların dəqiq kim və ya kimlər tərəfindən alındığı bilinməsə də, yerli elektronika mağazasından 12 min funt sterlinq dəyərində alış-veriş edildiyi bildirilir. Həmin televizorlardan 3-ü 72 düymlük olub. Qarşılaşmadan sonra həmin 8 televizor millimizi Bakıya gətirən təyyarəyə yüklənib.
