13 noyabr 2016 12:00
Aqollinin komandası böyük hesabla uduzdu
Futbol üzrə Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin komandası doğma meydanda İsraillə üz-üzə gəlib.
Aqollinin start heyətdə meydana çıxdığı və sonadək oynadığı qarşılaşma albanların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydan sahiblərinin heyətində 17 və 55-ci dəqiqədə iki futbolçunun meydandan qovulması Albaniya yığmasının acı məğlubiyyətində həlledici rol oynayıb.
Qeyd edək ki, Albaniya hazırda 6 xalla yer aldığı G qrupunda 4-cü pillədə qərarlaşıb.
