13 noyabr 2016 11:30

Belfastda təyyarə oyunçulara görə gecikib?

Dünən Bakı vaxtı ilə saat 19:30-da futbol üzrə Azərbaycan yığma komandasını və nümayəndə heyətini Belfastdan Bakıya gətirən "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş etdi. Azerisport.az xəbər verir ki, əslində təyyarə Bakıya bir neçə saat tez çatmalı idi.

Lakin yaranan texniki nasazlıq üzündən təyyarə Belfastdan nəzərdə tutulan vaxtda uça bilməmişdi. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski mətbuata verdiyi açıqlamada bunu təsdiq etmişdi. P.Kəsəmənski daha sonra problemin aradan qaldırıldığını və Bakı vaxtı ilə saat 13:00-da təyyarənin havaya qalxacağını bildirmişdi.
Bununla belə feysbuk sosial şəbəkəsində istifadəçilərin birinin təyyarənin gecikməsi ilə bağlı statusuna cavab verən Paşa Kəsəmənski nasazlığı bir daha etiraf etməklə yanaşı, reysin 8 saat təxirə salınmasının günahını sərnişinlərin adına yazıb. O, təyyarənin mühərrikləri işə salınanda texniki nasazlıq üzə çıxdığını və prosedur qaydalara görə, sistemin yenidən işə salınmalı olduğunu bildirib. Bu isə müəyyən qədər vaxt itkisi deməkdir. İkinci cəhddə nasazlığın olmadığı məlum olub. P.Kəsəmənskinin sözlərinə görə, bundan sonra təyyarə uçmağa hazır olub. Lakin sərnişinlər hərəsi bir yerə dağılışdığına görə uçuş Bakı vaxtı ilə saat 13:00-a təyin olunub. Əslində, Belfastda nə baş vermişdi, təyyarənin gecikməsinə səbəbkar həqiqətən sərnişinlər olublar?

AFFA yanında Media Komitəsinin xətti ilə Şimali İrlandiyanın paytaxtına yollanan MK-nın İdarə Heyətinin üzvü İlqar Tağıyevin məlumatına görə, təyyarənin gecikməsində sərnişinlərin zərrə qədər də günahı olmayıb: "Hələ oyun başlamamışdan əvvəl bizə məlumat verilmişdi ki, uçuş saat 1-də olacaq. Aeroporta vaxtında gəlib, qeydiyyatdan keçdik. Təyyarənin havaya qalxmasına haradasa yarım saat qalmış hamı uçuş qapısının qarşısında idi. Lakin az sonra bizə xəbər verildi ki, təyyarədə texniki nasazlıq yaranıb və uçuş təxirə salınır. Hətta bizi gətirmək üçün Bakıdan başqa təyyarə göndəriləcəyi də deyildi. Aeroportda nə qədər qalacağımızı bilmirdik və AFFA rəhbərliyi hamını hava limanının yaxınlığındakı «Maldron» otelinə yerləşdirdi. Təxminən 6-7 saatdan sonra təyyarədəki nasazlığın aradan qalxdığı xəbəri gəldi. 7-8 saat müddətində hamı bir nəfər kimi oteldə olub. Otelə hava limanı arasında məsafə 2-3 dəqiqəlikdir. Kiminsə reysə gecikməsi xəbəri yalandır. Bundan başqa, təyyarəmiz nəzərdə tutulduğu kimi havaya saat 1-də qalxmadı. Sərnişinlərin yerlərini vaxtında tutmalarına rəğmən yenə də haradasa 20-30 dəqiqə gecikmə oldu".

AFFA yanında Media Komitəsi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.