12 noyabr 2016 17:00
Ramazan Abbasov: Millimiz irəlidə top saxlaya bilmədi
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ramazan Abbasov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı nəticə ilə bağlı bunları söyləyib:
"Nəticə məni məyus etdi. Ən azından heç-heçə gözləyirdim. Müdafədən hücuma keçməkdə problem olduğu diqqət çəkirdi. İrəlidə top saxlaya bilmirdik. Buna görə müdafiədə də problemlər yaranırdı. Hesab 0:2 olarkən qol vurmaq üçün yaxşı şanslar oldu. Onları dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Rəqib isə öz şanslarından maksimum yararlandı. Ən yaralı yerimiz - standart vəziyyətlər yenə məğlubiyyətdə böyük rol oynadı. İkinci mərtəbədə də rəqiblə bacarmadıq".
