12 noyabr 2016 16:00
Kris Brant: 4:0 hesablı qələbə ilə öz istəyimizə çatdıq
Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Kris Brant DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Şübhəsiz ki, nəticə çox vacib idi. Qapımızı toxunulmaz saxlamağımız da önəmli məqamdır. Azərbaycan bizimlə oyuna qədər qapısından qol buraxmamaışdı. Ona görə də bizim onlara bir neçə qol vurmağımız vacib idi. Şübhəsiz ki, 4:0 hesablı qələbə ilə biz öz istəyimizə çatdıq. İkinci hissədə Azərbaycan yığmasının bir neçə qol imkanı oldu. Rəqib topa daha çox nəzarət etməyə çalışsa da, qapımızı yalnız bir dəfə ciddi narahat edə bildi".
