12 noyabr 2016 15:00

Qurbanov: Boyu iki metrdən çox olan rəqiblə hava mübarizəsində necə qalib gələ bilərik?

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyunundan (0:4) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- 0:4 hesablı məğlubiyyət sizin üçün nə dərəcədə gözlənilməz alındı?
- Fikrimcə, burada nədənsə danışmaq artıqdır. Rəqib əsas üstünlüyündən - "ikinci mərtəbədə" yaxşı oynamaq bacarığından yaxşı yararlandı. Onlar bu baxımdan bizdən çox güclüdürlər.

- Üç oyunda bir dənə də qol buraxmayan komandanın bir matçda 4 top buraxmasının yeganə səbəbi məhz budur?
- Rəqib komanda standart vəziyyətlərdə çox yaxşı idi. Onların dörd qoldan üçünü məhz belə vəziyyətlərdə vurması da bunu təsdiq edir.

- Bəs onların bu üstünlüklərini bildiyiniz halda niyə daha diqqətli olmadınız?
- Əlbəttə, bütün bunları bilirdik. Onlara standart vəziyyətlərdə şans verməməliydik. Oyundan öncə bu barədə çox danışmışdıq. Amma oyunun gedişində rəqib oyunçuları zərərsizləşdirməyi bacarmadıq. Rəqib oyunçuların boyu iki metrdən çoxdur. Biz onlarla hava mübarizəsində necə üstün ola bilərdik?

- Fasilədən sonra oyunda dönüş yaradacağınızı hiss etdirməyə başlamışdınız. Amma yenə heç nə edə bilmədiniz...
- Qol vurmaq istəyirdik. Bunun üçün şanslarımız da oldu. Məsələn, Dəniz Yılmaz hələ hesab 0:2 olarkən əla qol şansını əldən qaçırdı.

- "Azərbaycan nağılı"nın bitdiyini demək olar?
- Biz cəmi bir oyunu uduzmuşuq. Bunu faciəyə çevirmək lazım deyil. Hesabımızda 7 xal var. Bu dəfə də 3, ən azından 1 xal qazanmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı.

- Növbəti oyun gələn ilin martında Almaniyaya qarşı olacaq. Onları təəccübləndirə biləcəyik?
- Almaniyaya qarşı yaxşı oynamağa, belə bir rəqibdən təcrübə toplamağa çalışacağıq. Əlbəttə, futbolda hər şey mümkündür. Ancaq öz oyunumuz, nəticələrimiz barədə düşünməli, hər şeyə psixoloji cəhətdən hazır olmalıyıq. İndidən Almaniyaya məğlubiyyəti düşünsək, onda futbol oynamağın mənası olmaz. Pozitiv düşünmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.