12 noyabr 2016 19:00
Zirə darmadağınla qalib gəldi
Milli komandanın oyunu ilə əlaqədar yaranan fasilədə "Zirə" yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda əsas və əvəzedici heyət üz-üzə gəlib.
Oyun əsas komandanın qələbəsi ilə yekunlaşıb. İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqləndilər. Fasilədən az sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb. Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib.
Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
