12 noyabr 2016 13:00
Millimizin problemi yoluna qoyuldu
Səfər oyununda Şimali İrlandiyadan sarsıdıcı məğlubiyyət alan Azərbaycan yığmasını vətənə qaytaran təyyarə bu gün Bakı vaxtı ilə saat 13:00-da Belfast hava limanından havaya qalxıb. Azerisport.az xəbər verir ki, AZAL-ın "Boeing 787 Dreamliner" təyyarəsində yaranan texniki nasazlıq artıq aradan qaldırılıb.
Nümayəndə heyəti bu müddətdə hava limanının yaxınlığındakı "Maldron" otelində gözləyib.
