12 noyabr 2016 03:00

Qara Qarayev: Gözlənilən idi

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Şimali İrlandiya bu gün ən güclü cəhətlərindən yararlandı. Standart vəziyyətlərdən üç qol vurdular. Bu da gözlənilən idi. Çünki rəqib bütün oyun taktikasını bunun üzərində qurmuşdu. Çoxlarının bizdən yaxşı nəticə gözlədiyini bilirdik. Amma məğlub olduq. Artıq danışılası bir şey yoxdu. Növbəti oyunlara hazırlaşmalıyıq. Hava şəraitini qabartmazdım. Sadəcə, Şimali İrlandiya Çexiya ilə müqayisədə standart vəziyyətlərdən daha yaxşı yararlandı. Gördüyünüz kimi, autdan bütün topları cərimə meydançasına atırdılar. İnşallah, məğlubiyyət komandada ruh düşkünlüyü yaratmaz. Bu gün komandanı dəstəkləyənlər, bizə inananlar daha çoxdu. Nə qədər istəməsək də, bəzən belə məğlubiyyətlər olur. Şimali İrlandiya yığması heç də zəif komanda deyil. Avropa çempionatının final mərhələsində çıxış ediblər. Şimali İrlandiya ilə oyuna qədər olan həvəs və istək ilə davam etməliyik. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Almaniya və Şimali İrlandiya ilə oyunları nəzərdə tuturam. Həmin oyunlarda daha yaxşı nəticə göstərib, qrupda layiqli yer tutmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.