12 noyabr 2016 02:20

Robert Prosineçki: Güclü olan qalib gəldi

"İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik".

Azerisport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Emin Mahmudovun əsas silahınız olacağını demişdiniz. Öz seçiminizdə yanılmadınız?
- Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü oyunun problemi oyunla bağlı idi. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımi qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.

- Bizim qrupda Şimali İrlandiya və Almaniyanın 2 güclü komanda olduğu fikri ilə razısınız?
- Şimali İrlandiya gələn il Bakıya gələcək. Bu rəqib üstün cəhətlərindən istifadə edərək, qollarını vurdu.

- Əfran İsmayılovun sonadək meydanda qalması və Ağabala Ramazanovun sonda meydana buraxılması nə ilə bağlı idi?
- Mən gələnədək Ağabala millidə elə də çox oynamırdı. Əfran isə elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. İkinci hissədə Dəniz Yılmaza ötürməsini hamınız gördünüz. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Əfranın o ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyüm işlərdən razıyıq. Hələlik, 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik. Əfranı ona görə saxladım ki, sonadək nə isə edəcəyinə ümidli idim. Amma 0:4 hesabı ilə uduzduqdan sonra belə sualları normal qəbul edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.