11 noyabr 2016 20:00
Saşa Yunisoğlu: Millidən qələbə gözləyirəm
Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız özünü çox pis vəziyyətdə qoyub. Bunu yaxşı mənada deyirəm. Çünki tsiklin əvvəlindəki əla nəticələr həm komandamızın səviyyəsini yüksəldib, həm də rəqiblərin diqqəti artıb. Artıq ən güclü rəqiblər də Azərbaycanla oyunlara çox ciddi hazırlaşırlar. Bu mənada Belfastda da yığmamızı çox ağır oyun gözləyir. Əlbəttə, yığmamızdan ancaq qələbə gözləyirəm. Amma heç-heçə də pis nəticə olmayacaq. Yığmamıza uğur və vətənə qələbə ilə dönməyi arzulayıram. Niyə də yox? Hər şey yaxşı olacaq".
