11 noyabr 2016 17:00

Məhəmməd Mirzəbəyov: Ən yaxşı oyunumuzu sərgiləməliyik

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Komandamız Şimali İrlandiya ilə oyun öncəsi özünü necə hiss edir?
- Hər şey yaxşıdır. Ab-hava da yaxşıdır. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Bizi ağır matç gözləyir.

- Komandamızın səfərə bir neçə gün öncədən yollanması nə ilə bağlı idi?
- Yerli şəraitə daha yaxşı uyğunlaşmaq üçün. Saatla bağlı ciddi fərq var: 4 saat. Buna uyğunlaşmaq lazım idi. Bakı vaxtı ilə gecə yarısı oynayacağıq.

- Komandamızın bu oyundakı şansları barədə nə düşünürsünüz?
- Şans həmişə var. Sadəcə, ondan 100 faiz yararlanmağa çalışmaq lazımdır. Müsbət nəticə qazanıb vəziyyətimizi daha da yaxşılaşdırmalıyıq.

- Şimali İrlandiyanın Norveç və Çexiyadan daha güclü komanda olduğunu demək olar?
- Məncə, bu komandaların hamısı güclü və yaxşı rəqiblərdir. Kimisə fərqləndirmək istəməzdim. Sözügedən komandalarla oyunların heç biri asan keçməyib və qalanları da asan olmayacaq. Müsbət nəticə qazanmaq üçün ən yaxşı oyunumuzu sərgiləməyimiz lazımdır.

- Razısınız ki, britaniyalılar çexlərlə müqayisədə daha kəsərli və güclü hücumlar təşkil edəcəklər? Buna hazırsınız?
- Bəli, bunu başa düşürük. Amma biz də onlara eyni qaydada cavab verməyə çalışacağıq. Ən yaxşı müdafiə hücumdur. Bunu unutmamalıyıq.

- Millinin az qala hər toplanışına yeni futbolçu qoşulur...
- Buna normal baxıram. Əsas odur ki, dəvət alanların hər birinin milliyə faydası toxunsun. Uğur qazanmaq üçün hamımız əlimizdən gələni etməliyik.

- Avropa Liqasının qrup mərhələsindəki uğurlu nəticələrdən sonra "Qarabağ"ın futbolçuları milliyə ruh yüksəkliyi ilə gəliblər. Bəs "Qəbələ"li futbolçularda vəziyyət necədir?
- Əlbəttə, ardıcıl məğlubiyyətlər almağmız üzücüdür. Amma həmin oyunlar geridə qalıb. Önümüzə baxmalı, qarşıdakı oyunları düşünməliyik. İndi yığmadayıq. Deməli, yalnız millinin matçlarından danışmlıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.