11 noyabr 2016 17:20
Neftçinin zədəlilərindən xəbər var
“Neftçi” PFK-nın əsas heyətinin iki üzvü komandanın məşqlərində iştirak etmir. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Elşən Abdullayev müalicəsini davam etdirir.
Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ ki, dəqiqləşməyib.
Yarımmüdafiəçi Fəhmin Muradbəyli isə pəncəsindəki zədə səbəbindən təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
