11 noyabr 2016 16:40
Emin Nuri: Azərbaycan ev sahiblərinin təzyiqinə dözə bilsə, xal qazanacaq
İsveçin "Kalmar" klubunun müdafiəçisi, millimizin sabiq üzvü Emin Nuri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda seçmə mərhələyə yaxşı başlayıb. Bunu çox az adam gözləyərdi. Bütövlükdə, seçmə mərhələnin ən böyük sensasiyasıdır. Bu tempdə davam etmək lazımdır. Şimali İrlandiya da son Avropa Çempionatında uğurlu çıxış edib. Onlarla oyun çətin olacaq. Özü də matç səfərdə baş tutacaq. Meydan sahiblərinin təzyiqinə davam gətirə bilsə, Azərbaycan Belfastda xal qazana bilər".
