11 noyabr 2016 16:20
Emin Mahmudov: Əlimdən gələni edəcəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Şimali İrlandiyaya qarşı səfər matçının ilk dəqiqələrindən meydanda olacaq. Azerisport.az xəbər verir ki, o, ilk dəfə start heyətdə yer almasına "Facebook"dakı rəsmi səhifəsində belə münasibət bildirib:
"Bugünkü oyunda baş məşqçinin mənə güvənməsinə çox sevinirəm. İnşaallah, milli komandam üçün əlimdən gələni edəcəm".
