11 noyabr 2016 15:30
Nazim Süleymanov: Millidə işimi davam etdirmək istərdim
Azərbaycanın U-19 yığmasının baş məşqçisi Nazim Süleymanov postunda qalıb-qalmayacağını bilmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA ilə müqaviləmin müddəti 2017-ci ilin fevral ayında bitəcək. Artıq Məşqçilər Komitəsinin üzvləri ilə görüşmüşəm və gördüyümüz işlərlə bağlı onlara hesabat təqdim etmişəm. İşimi davam etdirmək istəyərdim. Kimi yığmada çalışmaq istəməz ki? Amma buna mən qərar vermirəm. Yekun qərarı AFFA rəhbərliyi verəcək. Bunun üçün hələ AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşməyim lazımdır".
