11 noyabr 2016 14:00
Yığmalarımız İspaniya ilə eyni qrupa düşdü
17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında təşkil olunmuş püşkatmanın nəticəsinə əsasən, U-17 yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro, U-19 millimiz isə 4-cü qrupda İspaniya, Ukrayna və Albaniya komandaları ilə mübarizə aparacaq.
