11 noyabr 2016 13:00
Kris Brant: Ümid edirəm ki, Azərbaycanla oyunda 3 xal qazanacağıq
Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Kris Brant DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Doğma meydandakı uğurlu seriyamızı və rekordumuzu davam etdirmək çox vacibdir. Çünki uzun müddətdir ev oyunlarında uduzmuruq. Qrupdan çıxmaq istəyiriksə, bu tempdə də davam etməliyik. Ümid edirəm ki, Azərbaycanla oyunda da 3 xal qazana biləcəyik".
