Vəli Qasımov: Belfastda da xal qazanacağımıza inanıram
Millimizin sabiq hücumçusu Vəli Qasımov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamızın heyəti tez-tez dəyişir. Amma bu, həmişə baş məşqçidən asılı olmur. Düzdür, Ramil Şeydayevlə Emin Mahmudovun öz klubunda oyun təcrübəsi yoxdur. Amma onlar yığmamızda öz ustalıq səviyyələrinə görə fərqlənirlər. Onlarda təcrübə, futbol anlayışı başqadır. Milli komandamıza hələ çox kömək edəcəkər. Hətta öz klubunda oynamadığı halda Şeydayev Çexiyaya qarşı çox yaxşı oyun sərgilədi. Hər iki futbolçunun yaxşı oynamaq və özünü göstərmək üçün yetərincə motivasiyaya malik olduğunu düşünürəm. Komandamızın meydanda maksimum güc sərf etməklə xal qazanacağına inanıram. Millimiz hələ biz istədiyimiz kimi oynamır. Məsələn, Norveç və Çexiya ilə oyunlarda daha çox bəxtimiz gətirdi. Şimali İrlandiyada da xal qazanmağımız mümkündür. Təbii ki, yenə də bəxt bizim tərəfimizdə olsa".
