12 noyabr 2016 01:40

Millimizin uğurlu seriyası biabırçı məğlubiyyətlə qırıldı

Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz səfərdə Şimali İrlandiyanın qonağı olub.

Robert Prosineçkinin çalışdırdığı komandamız Belfastda baş tutan oyuna qrup ikinciliyini qorumaq üçün çıxmışdı. Bu baxımdan millimizə hətta heç-heçə də bəs edəcəkdi.

Lakin təəssüf ki, bu görüş millimizin uğurlu seriyasının başa çatması ilə nəticələnib. 90 dəqiqədə qapısında 4 cavabsız qol görən millimiz meydanı biabırçı məğlubiyyətlə tərk edib. Nəticədə, Şimali İrlandiya Azərbaycanı ikinci pillədən sıxışdırıb çıxarıb.

Yığmamızın yer aldığı qrupda bu gün daha iki oyun baş tutub. Çexiya Norveçi 2:1 hesabıyla məğlub edib. Səfərdə San Marino ilə qarşılaşan Almaniya isə 8 cavabsız qolla (!) qalib gəlib.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

11 noyabr

Şimali İrlandiya - Azərbaycan - 4:0 (2:0)
Qollar: K.Lafferti, 27 (1:0). Q.Makauli, 40 (2:0). K.Maklaflin, 66 (3:0). K.Brant, 83 (4:0).
Sarı vərəqə: E.Mahmudov, 39. Ş.Ferqyuson, 72. K.Evans, 75. D.Nazarov, 84.
Baş hakim: Kleman Turpen (Fransa).
Belfast. "Uindzor Park" stadionu.

Şimali İrlandiya: 1. Maykl Makqovern, 2. Konor Maklaflin, 3. Şeyn Ferqyuson (7. Nayal Makqinn, 73), 4. Qaret Makauli, 5. Conni Evans, 8. Stiven Devis (k), 10. Kayl Lafferti (9. Uill Qriqq, 61), 11. Kris Brant, 13. Korri Evans (17. Peddi Makneyr, 81), 16. Oliver Norvud, 21. Coş Macennis.
Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Trevor Karson, 6. Li Hodson, 14. Liam Boys, 15. Rayan Makqivern, 18. Aron Hyuz, 19. Pol Peton, 20. Metyu Lund, 22. Tomas Flenaqan.
Baş məşqçi: Maykl O`Nil.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov (18. Ağabala Ramazanov, 76), 16. Emin Mahmudov (13. Dmitri Nazarov, 70), 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev (11. Dəniz Yılmaz, 46), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələsgərov, 14. Elvin Məmmədov, 15. Ruslan Abışov, 17. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.

1Almaniya4400160+1612
 2Ş.İrlandiya421182+67
 3Azərbaycan421124–27
4Çexiya412124–25
5Norveç410357–23
6San Marino4004117–160

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.