11 noyabr 2016 01:00
Dəniz Yılmaz millimizdə nömrə seçimini etdi
Futbol üzrə Azərbaycan yığmasının yeni hücumçusu Dəniz Yılmazın millimizdə hansı forma altında çıxış edəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, 11 nömrə ilə oynayacaq.
Baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyununun start heyətində Dənizə yer verməyib. Amma o, matçın gedişində meydana çıxa bilər.
