11 noyabr 2016 00:50

Rəşad Sadıqov: Bu heyətlə bu oyunda uğur qazanacağıq

"Fiorentina" ilə oyundan sonra öncə zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim". Azerisport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında söyləyib.

"Həkimlərlə oynayıb-oynamamağımı msləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam".

Bu günkü oyunla bağlı isə Rəşad Sadıqov bildirib: «Oyuna çıxmamağım mənə çox çətin olacaq. Məşqi kənardan izlədim. Az qalırdı ki, «ürəyim partlasın». Amma futbol həyatında belə hallar olur. Başıma belə iş gəldiyi üçün peşman deyiləm. Müalicəmlə məşğul olub tam sağaldıqdan sonra digər qarşılaşmalarda komandama kömək etməyə çalışacam».

Rəşad Sadıqovun sözlərinə görə, Robert Prosineçki həmişə ədalətli heyət qurub: «O, həmişə formada olanlara şans verib. Məşq proseslərini də, futbolçuların klublarındakı oyunlarını da izləyib. Fikrimcə, Şimali İrlandiya üçün açıqlanan heyət ən ideal "11-lik"dir. Heyətdə futbolçular var ki, hamısı oynamağa layiqdir. Sadəcə, baş məşqçimizin öz taktiki gedişləri var. Mənə elə gəlir ki, bu heyətlə bugünkü oyunda uğur qazanacağıq». AFFA

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.