11 noyabr 2016 00:15

Rahid Əmirquliyev: İndiki Şimali İrlandiya yığması daha güclüdür

Noyabrın 11-də Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev qarşılaşmanın baş tutacağı "Uindzor Park" stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

- Hamını salamlayıram. Sabah necə komandaya qarşı oynayacağımız hamıya məlumdur. Ən vacib oyunlarımızdan birinə çıxacağıq. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. Oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik.

- Şimali İrlandiya ilə əvvəlki 2 oyunun hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?
- Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdur. İndiki Şimali İrlandiya yığması daha güclüdür. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.