11 noyabr 2016 00:05
Millimizin Şimali İrlandiya ilə oyundakı kapitanı bəlli oldu
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyuna ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov zədəli olduğu üçün Belfastdakı qarşılaşmada komandamıza kömək edə bilməyəcək.
Onun yoxluğunda yığmamızı meydana kapitan kimi kimin çıxaracağı da bəllidir. Belə ki, AFFA-dan verilən məlumata görə, yığmamızın kapitan sarğısını bu görüşdə Rahid Əmirquliyev daşıyacaq.
Qeyd edək ki, noyabrın 11-də "Uindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
