10 noyabr 2016 23:45
Yağış Uindzor Park stadionunun ot örtüyünü korladı
Noyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan oyununun keçiriləcəyi "Uindzor Park"ın ot örtüyü yaxşı vəziyyətdə deyil. Azerisport.az xəbər verir ki, qapıların qarşısında müəyyən hissələrdə və yan xətt boyunca otdan demək olar ki, əsər-əlamət yoxdur.
Bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini söyləyib. Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirib.



