10 noyabr 2016 23:40
Prosineçki Şimali İrlandiyaya qarşı start heyətini açıqladı
DÇ-2018-in seçmə mərhələsində sabah səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu dəqiqələrdə təşkil olunan mətbuat konfransında ənənəvi olaraq, start heyəti barədə də məlumat verib:
Beləliklə, millimiz Belfastdakı qarşılaşmada ilk dəqiqələrdən bu oyunçulara güvənəcək: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirqiliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov, Ruslan Qurbanov.
