10 noyabr 2016 19:00
"Azərbaycan üzərində qələbə çox gözəl olar və bizə böyük stimul verər"
Futbol üzrə Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Ceymi Uord DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ümid edirəm ki, gələn ilin mart ayına qədər davam edəcək fasilə ərəfəsində Azərbaycan yığmasına qalib gələcəyik və o vaxta qədər ikinci pillədə qalmağa nail olacağıq. Bu, çox gözəl olardı və bizə böyük stimul verərdi".
