10 noyabr 2016 18:30
"Azərbaycanla oyuna bizə yalnız qələbə lazımdır"
Futbol üzrə Şimali İrlandiya yığmasının hücumçusu Coş Macennis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Dünya çempionatına layiq olduğumuzu isbatlamaq üçün öz meydanımızda rəqiblərə qalib gəlməliyik. Azərbaycan yığması ilə görüş də istisna deyil. Onlara qalib gəlməyə çalışacağıq. Heç-heçə ilə kifayətlənməyəcəyik, bizə yalnız qələbə lazımdır. Uşaqlar başa düşürlər ki, qələbə bizi ikinci pilləyə çıxara bilər". (Belfast Telegraph)
