10 noyabr 2016 17:30
Şimali İrlandiya yığmasına daha 2 futbolçu çağırıldı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiya yığmasına daha iki futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, matça bir gün qalmış baş məşqçi Maykl O`Nil Liam Boys və Maykl Daffiyə dəvət göndərib.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı sabah saat 23:45-də start götürəcək.
