10 noyabr 2016 15:40

Samir Əliyev: Nəticə varsa, deməli, Robert Prosineçki düzgün iş aparır

"Neftçi"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- Türkiyəli Dəniz Yılmazın milliləşdirilərək Azərbaycan yığmasına çağırılmasını necə qarşıladınız?
- Onu tanımıram. Bu barədə mətbuatdan xəbər tutdum. "Bursaspor"un əsas heyət oyunçusudursa, millimizə kömək edə bilər. Amma mən Rauf Əliyevi yığmada görmək istərdim. Təəssüf ki, indi zədəlidir. Bizdə hücum xəttində rəqabət hazırda yaxşı deyil. Halbuki, vaxtilə əsas komandamızda Qurban Qurbanov, Vadim Vasilyev, Fərrux İsmayılov, Zaur Ramazanov, Nadir Nəbiyev və başqaları rəqabət yaradırdı.

- Komandalarımız beynəlxalq arenada uğurlar qazanmağa başladığı bir dövrdə niyə belə bir problemimiz olmalıdır ki?
- 8 komandalı çempionatla çox uzağa gedə bilmərik. Bütün klublarda da olmasa, əksərində aparıcı hücumçular legionerlərdir. Hətta "Qarabağ"la "Qəbələ"də də parlaq oyunu ilə diqqət çəkən yerli hücumçumuz yoxdur.

- Qarşıda Şimali İrlandiya ilə oyun var. Gözləntiniz nədir?
- Biz tsiklə yaxşı başlamışıq. Amma Belfastdakı oyun çətin olacaq. Yığmamız orada heç-heçə də etsə, uğur sayılmalıdır.

- Norveç üzərindəki qələbədən (1:0), Çexiya ilə səfərdəki (0:0) heç-heçədən sonra milli komandamızın Şimali İrlandiyaya qalib gəlməsinə ümid etmirsiniz?
- Rəqib güclü komandadır. Onlar bunu AÇ-2016-da da isbatladılar. Əksər futbolçuları İngiltərə klublarında oynayır. Bizim futbolçularımızın çoxu isə öz çempionatımızda çıxış edir. İki komanda arasında müqayisələr aparsaq, onlar çox üstündürlər. Heç-heçə də bizim üçün çox yaxşı nəticə olacaq.

- Kamran Ağayevin yaxşı formada olması millimizin uğurlar qazanmasında nə dərəcədə rol oynayır?
- Ağayevin çıxışı millimizə əlavə inam qazandırır. Yaxşı qapıçı komandanın yarısıdır. Amma "Qarabağ" və "Qəbələ"də çıxış edən müdafiəçilərin, yarımmüdafiəçilərin də millimizin uğurlu çıxışında payı çoxdur. Bu futbolçular sabah özlərini klublarındakı kimi yaxşı tərəfdən göstərə bilsələr, heç-heçəyə ümid edə bilərik.

- Bəs qrupdakı şanslarımız barədə nə düşünürsünüz?
- Hələ ki, Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsinin ən böyük sensasiyasıdır. Ümid edirəm ki, mövsümün sonunadək belə davam edəcəyik. Bütün rəqiblərin komandamıza yuxarıdan aşağı baxmasından bezmişdik. İndi komandamız daha inamlı təsir bağışlayır. Şansımızda pis deyil.

- Nəticələrin Robert Prosineçki ilə gəlməsi təsadüfdür, ya fakt?
- Uğurda məhz onun Azərbaycan yığmasındakı fəaliyyəti əsas rol oynayır. Futbolçular meydanda onun dediklərini edirlər. Nəticə varsa, deməli, xorvat düzgün iş aparır, futbolçular da hər şeyi düzgün həyata keçirirlər. Onun nə dərəcədə uğurlu olacağını isə tsiklin sonunda görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.