10 noyabr 2016 15:00
AZAL yıgma ilə qarşılaşacaq
Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan “Liman”ı sınaga çəkəcək.
Bu görüş “AZAL Arena”da baş tutacaq.
Növbəti oyunda isə rəqib gənclərdən ibarət yıgma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.
