10 noyabr 2016 14:20
Yılmaz start heyətdə oynaya bilər, Sadıqov dəqiq oynamayacaq
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyuna Belfastda hazırlaşır. Azerisport.az xəbər verir ki, komandamız ötən gün növbəti məşqinə çıxıb.
Zədəli olan kapitan Rəşad Sadıqov yenə məşq etməyib. Hələ Bakıdakı məşq zamanı zədəsini daha da ağırlaşdıran təcrübəli futbolçu səfərə aparılsa da, artıq sabah oynamayacağı dəqiqləşib.
Qalan futbolçular isə məşqlərdə yaxından iştirak edirlər. Artıq Türkiyənin "Bursaspor" klubunun forvardı Dəniz Yılmaz da dünəndən etibarən komandamızın düşərgəsinə qoşulub və ilk məşqə çıxıb. Mütəmadi oyun təcrübəsinə də malik olması bu futbolçunun ilk dəqiqələrdən meydana çıxmasına kömək edə bilər.
