10 noyabr 2016 14:00
Vidadi Rzayev: Millimizin Belfastı əliboş tərk etməyəcəyinə inanıram
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev milli komandamızın sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın növbəti qələbəsini görmək istərdim. Növbəti 3 xal qrupdakı mövqeyimizi xeyli möhkəmləndirmiş olar. Tsiklin sonuna qədər "Niyə də yox" devizindən imtina etməməyimiz vacibdir. Belfastı əliboş tərk etməyəcəyimizə inanıram. Rəşad Sadıqovun oynamaması ciddi problem yarada bilər. Amma o, xarakterli futbolçudur və meydana çıxmasını gözləyirəm. Mümkün məğlubiyyət haqda danışmaq istəməzdim. Üç turdan sonra 7 xal böyük uğurdur. Bunun davamının gəlməsini istərdim".
