10 noyabr 2016 13:00
"Azərbaycana qol vurmaq əla olar"
Futbol üzrə Şimali İrlandiya yığmasının hücumçusu Coş Macennis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Seçmə mərhələnin həlledici qarşılaşması olmasa da, vacib oyundur. Daha vacib məsələ isə bu oyundan 3 xalla ayrılmaqdır. Bu, bizim ikinci pilləyə yüksəlməyimizə şərait yaradacaq. Ən azından marta kimi ikinci pillədə qalmaq fantastika olar. Bu seçmə mərhələdə qol buraxmayan Azərbaycana qol vurmaq da əla olar. Ən yaxşı oyunumuzu sərgiləməyə və müsbət nəticə qazanmağa çalışacağıq".
