10 noyabr 2016 11:20
Neftçinin əvəzedici heyətinin futbolçusu İspaniya ilə oyuna çağırıldı
Futbol üzrə Makedoniya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İspaniyaya qarşı oyun üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, siyahıda 21 futbolçunun adı yer alıb.
Onlardan biri də "Neftçi"nin müdafiəçisi Vançe Şikovdur. O, noyabrın 12-də İspaniyada keçiriləcək qarşılaşmada meydana çıxmaq şansı qazana bilər.
Qeyd edək ki, Şikov "Neftçi"də inamsız təsir bağışladığı üçün bir müddət öncə baş məşqçi Elxan Abdullayev tərəfindən əvəzedici komandaya göndərilib.
