10 noyabr 2016 00:15
Millimiz Belfastda dəstəksiz qalmayacaq
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Belfastda baş tutacaq qarşılaşmada millimizi təxminən 60-a yaxın azarkeşin dəstəkləməsi gözlənilir.
Bunlar Böyük Britaniyada, eləcə də Avropanın digər ölkələrində yaşayan həmyerlilərimiz olacaq.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
