9 noyabr 2016 15:00
Şahin Diniyev: Milli elə inam qazanıb ki, indi onlardan səfərdə də qələbə gözləyirik
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfər oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız oyunu və nəticələri ilə özünə inamı artırıb. Onlar elə inam qazanıblar ki, hətta Şimali İrlandiya üzərində qələbə gözləyirik. Uğurun davamının gəlməsini arzulayırıq. Eyforiyaya qapılmadan buna nail olmaq lazımdır. Komandamızda bunun üçün potensial da var. Amma rəqib sıradan komanda deyil. Onlar da bizimlə görüşə ciddi hazırlaşacaqlar. Hər iki komanda üçün vacib və həlledici xarakter daşıyan bir oyundur".
