9 noyabr 2016 14:30
Vüqar Əsgərov Latviyada mövsümün ən yaxşıları sırasında
Futbol üzrə Latviya birinci liqasında mövsümün simvolik komandası müəyyənləşib. Azerisport.az xəbər verir ki, Latviya Futbol Federasiyasının rəsmi saytının açıqladığı rəmzi 11-likdə azərbaycanlı futbolçu Vüqar Əsgərov da yer alıb.
"Olayne/Super Nova" klubunun forvardı buna mövsüm ərzində vurduğu 40 qolla nail olub. Onun komanda yoldaşı olan digər həmyerlimiz Orxan Həsənəliyev isə 10 qol vursa da, simvolik heyətə düşə bilməyib.

