9 noyabr 2016 13:30

Vüqarla Orxanın komandası gümüş medal və elitaya çıxmaq şansı qazandı

Futbol üzrə Latviya birinci liqasında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" son turda meydana çıxmayıb.

Sözügedən klub mövsümün son turunda səfərdə "Skonto" ilə qarşılaşmalı idi. Lakin bu oyun baş tutmayıb və Latviya Futbol Federasiyası vaxtilə elitada, avrokuboklarda at oynadan "Skonto"ya texniki məğlubiyyət verib. Futbolçularımızın komandası oynamadan 3 xal qazanıb - 3:0.

Beləliklə, komandasının bombardiri olan Vüqar mövsümü 40 qolla başa vurub. Bu, Latviya birinci Liqasında ikinci göstərici olub. Həmyerlimiz yalnız 47 qola imza atan "Tukums" klubunun forvardı Dmitri Kuzmindən geri qalıb. Həsənəliyev isə mövsümü 10 qolla başa vurub.

Qeyd edək ki, 62 xal toplayan "Olayne" mövsümü 15 klub arasında 2-ci pillədə başa vurub. Nəticədə, futbolçularımızın komandası elitaya yüksəlmək şansı qazanıb. "Olayne" Latviya yüksək liqasında 8 komanda arasında 7-ci yeri tutmuş "Metta" ilə pley-off oyunlarında qüvvəsini sınayacaq. Tərəflər arasında ilk oyun bu gün, cavab qarşılaşması isə noyabrın 13-də baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.