9 noyabr 2016 11:00

Bədavi Hüseynov: Belfastdan ən azı 1 xalla qayıtmaq istəyirik

Dünən Bakı vaxtı ilə saat 21:30-da Azərbaycan yığma komandası çarter reysi ilə Şimali İrlandiyanın paytaxtı Belfasta çatıb. Azerisport.az xəbər verir ki, noyabrın 11-də bu ölkənin yığma komandası ilə qarşılaşacaq millimizin futbolçularının əhval-ruhiyyəsi yüksəkdir.

Hamı komandamızın səfərdən xalla dönəcəyinə inanır. Yığmanın müdafiəçisi Bədavi Hüseynov da həmçinin: "Biz Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik. Belfastdan qayıdanda aktivimizdə azından 8 xalın olmasını istəyirik. Rəqib çox güclüdür. Həm də doğma meydanda oynaması bizə əlavə çətinlik yaradacaq. Bundan başqa irlandlar fiziki cəhətdən güclü və hündürboydurlar. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Oyunun taleyini standart vəziyyətlər həll edə bilər. Buna görə müdafiədə çox diqqətli olmalıyıq".

Bir müddət əvvəl zədələnən və "Qarabağ"ın Avropa Liqasında PAOK-la son oyununda meydanda olan Bədavi artıq tam sağalıb. Amma digər müdafiəçimiz Rəşad Sadıqovun Bakıdakı son məşqdə zədələnməsi yerinə düşməyib. Rəşadın oynamayacağı təqdirdə müdafiənin mərkəzində kimlər yer ala bilər? Bədavi Hüseynovla söhbətdə o, Robert Prosineçkinin müdafiənin mərkəzində hansı futbolçulara şans verəcəyini bilmədiyini söylədi: "Mən zədəli olanda həmin mövqedə Rəşad Sadıqovla Maksim Medvedev oynamışdı. Düzü, Maksimin Çexiya ilə oyundakı çıxışı məni yaxşı mənada heyrətləndirmişdi. İndiyə kimi demək olar ki, həmin mövqedə oynamamışdı. Amma bunu hiss etdirmədi. Maksim təcrübəli futbolçudur və təcrübəsinin köməyi ilə müdafiənin istənilən yerində oynaya bilər. Baş məşqçimiz bu dəfə də Maksimə müdəfiənin mərkəzində yer versə, heç kim təəccüblənməsin. Bu, əla seçim olardı".

Sonda Bədavi Hüseynov "Qarabağ"ın futbolçularının hazırda yaxşı formada olduqlarını bildirməklə yanaşı PAOK üzərində qazanılan qələbələrin futbolçularda yüksək əhval-ruhiyyə yaratdığını və bunun yığmanın oyununa yaxşı mənada təsir edəcəyini söylədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.