9 noyabr 2016 01:00

Millimiz Şimali İrlandiya səfəri öncəsi: 25 futbolçuya cəmi 1 qol

Noyabrın 11-də Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belfastda Şimali İrlandiya yığmasının qonağı olacaq. Azerisport.az ənənəsinə sadiq qalaraq, yenə millimizə dəvət alan futbolçuların çıxış etdikləri klublarda son turda nə ilə yadda qaldığına dair məlumatları diqqətinizə çatdırır.

Qapıçılar

Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubuna keçəndən bəri daim əsas heyətdə oynayır. O, son turda "Rio Ave" ilə səfər oyununda da əvvəldən sona kimi meydanda oldu və 1 qol buraxmasına baxmayaraq, sonda meydanı qalib kimi tərk etdi - 2:1.

Anar Nəzirov "Zirə"nin Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı oyununda 90 dəqiqə meydanda oldu və iki qol buraxdı - 0:2.

"İnter"in qapıçısı Səlahət Ağayev də "Neftçi" ilə görüşdə o qədər qol buraxdı. Amma onun komandası meydanı 1:2 hesablı məğlubiyyətlə tərk etdi ki, bu da Səlahətin komandasının cari mövsümdə ilk xalsız qaldığı oyun idi.

Müdafiəçilər

Tərlan Quliyevlə Ruslan Abışov da "İnter"in heyətində "Neftçi"yə qarşı 90 dəqiqə oynadı və hər ikisi sarı vərəqə ilə cəzalandı.

Maksim Medvedevlə Arif Daşdəmirov "Qarabağ"ın "Zirə" üzərindəki qələbəsində (2:0) 90 dəqiqə oynamaqla pay sahibi oldu. Bədavi Hüseynov bu oyunu ehtiyat oyunçular skamyasından izlədisə, zədəsi olan Rəşad Sadıqovun adı ümumiyyətlə matçın iştirak ərizəsində yer almamışdı.

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov AZAL-la qolsuz bitən matça ehtiyatda başlasa da, 66-cı dəqiqədə meydana buraxıldı.

"Stal"ın əsas heyət oyunçusu olan Pavel Paşayev Ukrayna Premyer Liqasının 14-cü turu çərçivəsində "Volın"la səfər oyununda da ilk dəqiqələrdən sonadək meydanda oldu və komandasının 1:0 hesablı qələbəsinə sevindi.

Yarımmüdafiəçilər

Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılov "Qarabağ"ın "Zirə"yə qarşı oyununda ilk dəqiqələrdən meydanda olsa da, sonuncu 58-ci dəqiqədə əvəzləndi.

Rəhman Hacıyevlə Araz Abdullayev "Neftçi"nin "İnter" üzərində qələbə qazandığı oyuna start heyətdə başlasa da, kapitan 82-ci, Rəhman da 90+2-ci dəqiqədə əvəzləndi. Abdullayev bu oyunda komandasının qələbəsinə qol vurmaqla da töhfə verdi.

"Zirə"nin "Qarabağ"a qarşı oyununun 46-cı dəqiqəsində meydana buraxılan Elvin Məmmədov komandasını məğlubiyyətdən xilas edə bilmədi.

Almaniyanın "Ersgebirge" klubu İkinci Bundesliqanın 12-ci turunda "Nürnberq"ə evdə 1:2 hesabıyla uduzduğu oyunda Dmitri Nazarovun adını heç iştirak ərizəsinə də daxil etməyib.

Eddi İsrafilov da "Kadis"in İspaniya İkinci Liqasının 13-cü turunda "Hueska" ilə görüşündə (1:0) ilk "18-lik"də yer ala bilməyib. Amma komandası 1:0 hesablı qələbəyə sevinib.

Eyni aqibəti Portuqaliyanın "Boavişta" klubunda Kamran Ağayevlə komanda yoldaşı olan Emin Mahmudov da yaşayıb.

Hücumçular

Ağabala Ramazanov "İnter"in "Neftçi"yə uduzduğu oyunda 90 dəqiqə meydanda olub, sarı vərəqə də alıb.

Ruslan Qurbanov da AZAL-la səfər oyununda oxşar göstəricilərlə yadda qalıb: 90 dəqiqə və bir sarı vərəqə.

Namiq Ələsgərov "Qarabağ"ın start heyətində yer almasa da, 65-ci dəqiqədə mübarizəyə qoşuldu.

Ramil Şeydayev "Trabzonspor"un Türkiyə Super Liqasının son turunda "Beşiktaş"a 1:2 hesabıyla uduzduğu oyunda "18-lik"də yer almayıb.

"Bursaspor"dan millimizə ilk dəfə dəvət olunan Dəniz Yılmaz isə "Karabükspor"la səfər oyununda 90 dəqiqə meydanda olub, komandası qolsuz heç-heçəyə razılaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.